Xəbər lenti

İslandiyada zəlzələdən sonra vulkan püskürdü (VİDEO)
Video 10:52 19.12.2023

İslandiyada zəlzələdən sonra vulkan püskürdü (VİDEO)

İslandiyanın cənubundakı Reykyanes yarımadasında zəlzələdən sonra vulkan püskürməyə başlayıb. 

Qaynarinfo bu barədə "Iceland Monitor"a istinadən xəbər verir.

Bildirilir ki, bu, yarımadada son 3 ildə 4-cü vulkan püskürməsidir.

Zəlzələ yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə 01:00) başlayıb və maqnitudasının 4,2-yə çatdığı güman edilir. Sonra təxminən 22:46 (Bakı vaxtı ilə 02:46) Qrindavik şəhəri ərazisində vulkan püskürməsi başlayıb.

Bundan əvvəl İslandiya hakimiyyət orqanları əvvəlki zəlzələlər nəticəsində şəhərin altında toplana bilən lava təhlükəsi səbəbindən Qrindavikin boşaldılmasını elan etmişdi.

İslandiya bir neçə dağ-vulkanik sistemin mövcudluğuna görə əhəmiyyətli vulkanik fəaliyyətlə xarakterizə olunur. 2010-cu ildə Eyyafyatlayokudl vulakanın püskürməsi Qərbi Avropada hava nəqliyyatında problemlərə səbəb olub.

Qrindavikdən cəmi 7 kilometr və İslandiyanın paytaxtı Reykyavikdən təxminən 30 kilometr aralıda yerləşən Faqradalsfyal vulkanı əvvəllər 6 min il ərzində fəaliyyətsiz hesab olunurdu. Bir sıra zəlzələlərdən sonra 19 mart 2021-ci ildə püskürməyə başlayıb. Bundan sonra vulkan bir neçə dəfə - 2021-ci ilin sentyabrında, 2022-ci ilin avqustunda və 2023-cü ilin iyulunda yenidən püskürüb. Geoloqlar həmçinin Faqradalsfyal vulkanında Yerin dərinliklərindən qeyri-adi maqma aşkar ediblər.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->