"İrəvanın sülh müqaviləsilə bağlı təkliflərdə sərhədlərin müəyyən olunması, kommunikasiyalar və müvafiq ölkələrin milli azlıqlarının gələcəkdə yaşaması kimi məsələlər əks olunsun".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Ekspert qeyd edib ki, sərhədlərin müəyyən olunması prinsipi hələ də açıq qalır:
"Bu müstəvidə İrəvan 1975-ci ilin xəritələri və yaxud 1991-ci ilin sərhədləri məsələsini qaldırır. İkinci məsələ isə kommunikasiyalarla bağlıdır. Bu problem də hələlik öz həllini tapmayıb. Bu məsələdə də baxışlar fərqlidir. Azərbaycan ilk növbədə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ermənistan bu sahədə öhdəliklərini həyata keçirməlidir".
Qeyd edək ki, İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Azadlıq Radiosu"nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
Rüfət Sultan
Şərhlər