Xəbər lenti

Siyasət 19:53 16.10.2024

"İrəvan özünü sülhməramlı ölkə kimi təqdim edir, yarımçıq təkliflərlə baş qatır"

"Ermənistan hakimiyyəti özünü dünyaya sülhməramlı ölkə kmi təqdim etmək istəyir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.

Ekspert bildirib ki, İrəvan vaxt məhdudiyyətini nəzərə alaraq, müəyyən məsələlərdə yarımçıq təkliflərlə baş qatır:

"Azərbaycanın sülh sazişilə bağlı əsas gözləntisi Ermənistan konstitusiyası ilə bağlıdır. Digər razılaşdırılmamış məqamlar da vacibdir, lakin əhəmiyyətinə görə konstitusiya dəyişikliklərini üstələyə bilməz. Azərbaycan tərəfi belə olan halda ümumiyyətlə sülh sazişinin imzalanmasını qəbul etmir. Orada konstitusiya ilə bağlı məqam qalarsa, bu artıq Azərbaycan üçün kifayət edir ki, sazişi imzalamasın. Çünki Ermənistan rəhbərliyi 2020-ci ilin 44 günlük müharibədən sonra özünün etibar qazanması üçün heç bir addım atmayıb".
 


Qeyd edək ki, Ermənsitan parlamentinin xarici əlaqələr üzrə komissiya sədri Sarkis Handanyan erməni mətbuatına açıqlamasında baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə xarici işlər nazirləri arasında ikigünlük görüş keçirib, sülh müqaviləsinin bir-iki maddəsini də razılaşdırmaqla, COP29-a qədər ölkə liderlərinin sazişi imzalamasını təklif etdiyini bildirib. Bundan əvvəl isə Paşinyan 16 maddə arasında razılaşdırılmış 13 bənd üzrə sülh müqaviləsinin imzalanmasını təklif edirdi. 

Görünən odur ki, İrəvan sülh müqaviləsinin yarımçıq bağlanmasında maraqlıdır. Bununla da, onlar Azərbaycanın Ermənistan konstitusiyasında ərazi iddiaları ilə bağlı məsələdə dəyişiklik etməklə bağlı tələbini arxa plana keçirməyə çalışırlar.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->