Xəbər lenti

İran İsraili cəzalandırmaq, lakin böyük müharibədən qaçmaq istəyir -
Dünya 16:00 05.08.2024

İran İsraili cəzalandırmaq, lakin böyük müharibədən qaçmaq istəyir - "Bloomberg"

İran hakimiyyəti açıq şəkildə bəyan edib ki, onlar İsraillə genişmiqyaslı müharibədən qaçmaq və HƏMAS liderlərindən biri olan İsmayıl Haniyənin Tehranda öldürülməsinin qisasını almaq istəyirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə avqustun 5-də "Bloomberg” məlumat yayıb.

"Bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə təcavüzkarın cəzalandırılması və İsrailə, onun avantürizminə qarşı çəkindirici vasitənin yaradılması ilə nail olunacaq”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Tehranda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın "beynəlxalq hüquq çərçivəsində İsraili cəzalandırmaq hüququ var”, lakin rəsmi Tehran Yaxın Şərqdə gərginliyi artırmaq istəmir.

Jurnalistlərin fikrincə, İsrailə kömək məqsədilə Yaxın Şərqdə qırıcılardan ibarət eskadrilya yerləşdirən və İran yaxınlığında təyyarədaşıyan gəmi saxlayan ABŞ hakimiyyəti İsrailin baş naziri Benyamin Netanyahuya təzyiq göstərir. Vaşinqton ondan Qəzza zolağında HƏMAS ilə atəşkəs razılaşması əldə etmək üçün səylərini ikiqat artırmağı tələb edir.

"Bloomberg” görə, həm ABŞ, həm də ərəb dövlətləri hesab edir ki, Fələstin ərazisində hərbi əməliyyatların dayandırılması Yaxın Şərqdə vəziyyəti sakitləşdirəcək. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->