İpoteka və Kredit Zəmanəti Fondunda yoxlama aparılacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov qeyd edib ki, Fondda yoxlama 2024-cü ilin iş planına salınıb.
Şərhlər