İndoneziya xaricdən daha çox investisiya cəlb etmək məqsədilə xarici fərdi və korporativ investorlar üçün "qızıl viza"ların verilməsini tətbiq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
"Qızıl viza” öz sahiblərinə ölkədə uzun müddət - 5 ildən 10 ilədək qalmaq hüququ verir. Fərdi investorlar beş illik viza almaq üçün 2,5 milyon dollar dəyərində şirkət yaratmalıdırlar, 10 illik viza almaq üçün isə 2 dəfə çox investisiya lazımdır - 5 milyon dollar.
Korporativ investorlar üçün tələblər 10 dəfə yüksəkdir. Direktorlar və idarə heyəti üzvləri 5 illik viza almaq üçün 25 milyon dollar, 10 illik viza üçün isə 50 milyon dollar sərmayə qoymalıdırlar.
İndoneziyada şirkət qurmaq istəməyən fərdi xarici investorlar üçün fərqli tələblər tətbiq olunacaq. Onlar müvafiq olaraq 5 və 10 il müddətinə "qızıl viza” əldə etmək üçün 350-700 min dollar dəyərində İndoneziya dövlət istiqrazları almalıdırlar.
Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ, Yeni Zelandiya və İspaniya da iqtisadiyyata daha çox xarici kapital cəlb etmək məqsədi ilə investorlar üçün oxşar "qızıl viza”lar tətbiq ediblər.
Aydın
Şərhlər