Amerikalı iş adamı İlon Mask Krım və Donbassın Rusiyanın tərkibində qalacağını bildirib.
Qaynarinfo xəbər verir ki, milyarder bu barədə "Wall Street Silver"in X sosial şəbəkəsində (keçmiş Twitter) yazısına şərhində bildirib.
"Wall Street Silver" yazısında deyilir ki, ABŞ-ın Ukraynaya verəcəyi 60 milyard dollar heç nəyi dəyişməyəcək. "Rusiya Krımı və Ukraynanın şərqini saxlayacaq. Bunu heç nə dəyişməyəcək", deyə yazıda qeyd edilir.
İlon Mask buna cavabı isə belə olub: "Doğrudur"
Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenin Konqresin Ukraynaya dəstək vermək istəməməsinin "cinayət səhlənkarlığı" olacağı barədə sözlərini şərh edib. Öz mesajında sahibkar Amerika liderini Rusiya ilə münaqişəyə son qoymağa çağırıb.
Bundan əlavə, İlon Mask ABŞ Senatının Ukraynaya öz sərhədlərini qeyri-qanuni miqrant axınından qorumaqdan daha çox miqdarda maliyyə yardımı ayırmağı nəzərdə tutan qanun layihəsini tənqid edib.
Aydın
Şərhlər