Xəbər lenti

İlon Mask Trampı dəstəkləyən komitəyə 3 ayda 75 milyon dollar yatırıb
Dünya 11:20 16.10.2024

İlon Mask Trampı dəstəkləyən komitəyə 3 ayda 75 milyon dollar yatırıb

Amerikalı milyarder və "SpaceX" şirkətinin baş direktoru İlon Mask üç ay ərzində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı dəstəkləyən öz "America PAC" komitəsinə təxminən 75 milyon dollar vəsait ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill" komitənin hesabatına istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, komitə iyun ayından bəri prezident yarışına artıq 102,2 milyon dollardan çox vəsait yatırıb.

Bildirilib ki, "on milyonlarla dollar" Trampın dəstəyinə və vitse-prezident Kamala Harrisə hücumlara sərf olunub. Bundan əlavə, hazırkı ABŞ prezidenti Co Baydeni ləkələmək üçün, o yarışdan çəkilməzdən əvvəl, təxminən 8,9 milyon dollar xərclənib.

Nəşr yazır ki, bir neçə ay ərzində PAC 2024-cü il seçki dövründə xarici xərclərə görə yeddinci yeri tutub.

"America PAC"ya a Maskın yaxın müttəfiqləri də töhfə veriblər, xüsusən: "Palantir Technologies"in həmtəsisçisi Co Lonsdeyl, "Sequoia Capital"dan tərəfdaşlar Duq Leona və Şon Maquayr, kriptoinvestorlar Kameron və Tayler Vinklevoss.

Hesabata görə, Mask iyul ayında "America PAC"a 15 milyon dollar məbləğində üç töhfə, avqust ayında ümumi məbləği 30 milyon dollar olan üç töhfə və sentyabr ayında 30 milyon dollar məbləğində bir töhfə edib.

Bu, Super PAC-in iyul ayının ortalarından bəri təqdim etməli olduğu ilk hesabatdır, növbəti hesabat isə 24 oktyabrda açıqlanacaq.

Xatırladaq ki, 2024-cü ilin martında Mask ABŞ prezidentliyinə seçkilərdə heç bir namizədin seçki kampaniyasına vəsait ayırmayacağını bildirmişdi.
Sentyabr ayında Tramp qalib gələcəyi təqdirdə Maskı Ağ Evdə yerləşdirəcəyini söyləyib.

Oktyabrın əvvəlində Tramp, Batler şəhərində seçki mitinqində çıxış edərkən İlon Mask onu səhnədə dəstəkləyib.

Həmçinin "The Washington Post" qəzeti yazıb ki, Maskın maliyyə dəstəyi daha geniş miqyaslı olub və əvvəlkindən daha erkən başlayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->