Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü baş tutmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "APRI Ermənistan" analitik mərkəzinin forumunun iştirakçılarına videomüraciətində bildirib.
Klaarın sözlərinə görə, vaxt az olduğu üçün görüş baş tutmayacaq: "Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək".
Bundan əvvəl Avropa İttifaqı rəhbəri Şarl Mişel bildirmişdi ki, İlham Əliyev və Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.
Aydın
Şərhlər