Xəbər lenti

İki metrlik köpəkbalığını ilk dəfə böyük naməlum məxluq yedi
Dünya 23:16 04.09.2024

İki metrlik köpəkbalığını ilk dəfə böyük naməlum məxluq yedi

Amerikalı tədqiqatçılar ilk dəfə olaraq siyənək köpəkbalığının daha böyük dəniz canlısının qurbanı olması hadisəsini qeydə alıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

2020-ci ilin oktyabr ayında Arizona Dövlət Universitetinin əməkdaşları hamilə siyənək köpəkbalığını tutub və davranışını öyrənmək üçün dənizə buraxmazdan əvvəl ona iki izləmə sensoru bağlayıblar. Ancaq bir neçə ay sonra sensorlardan biri Bermud adalarında üzə çıxıb.

Sensordan alınan məlumatların təhlili göstərib ki, köpəkbalığı öz növləri üçün qeyri-adi şəraitdə olub. Tədqiqatçı Bruk Anderson deyib: "Hər şey onun yeyildiyini göstərirdi".

Alimlər aşkar ediblər ki, səthə çıxmazdan əvvəl sensor naməlum dəniz heyvanının mədəsində hərəkət edib. Onların fikrincə, hamilə siyənək köpəkbalığına ağ köpəkbalığı və ya mako köpəkbalığı hücum edə bilərdi. Digər yırtıcılar biologiyalarına görə bu siyahıdan xaric edilib.

"Biz bu hadisələrin nə qədər tez-tez baş verdiyini anlamaq üçün bu köpəkbalıqlarını sensorlarla izləməyə davam etməliyik", deyə Anderson bildirib və bu cür hücumların siyənək köpəkbalığı populyasiyasına təsirinin öyrənilməsinin vacibliyini qeyd edib.

Beləliklə alimlər ilk dəfə olaraq köpək balıqlarının bir-birini yeməsi ehtimalını qeydə alıblar.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->