Xəbər lenti

İctimai nəqliyyatda səsli video izləmək qadağan edilə bilərmi? (ŞƏRH)
Ölkə 12:07 15.10.2024

İctimai nəqliyyatda səsli video izləmək qadağan edilə bilərmi? (ŞƏRH)

Türkiyədə ictimai nəqliyyatda sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilib. Nəqliyyat vasitələrində belə bir elan yazılıb: "TikTok, "Facebook", "Instagram", "YouTube" videolarını qulaqlıq taxaraq izləyin!".

Azərbaycanda da ictimai nəqliyyatda sərnişinlərin sosial şəbəkələrdən səsli istifadəsi geniş yayılıb. "TikTok" izləyicilərinin videolarının yüksək səsi bəzi sərnişinlərin narazılığına səbəb olur. Belə hallarla bağı dəfələrlə mübahisə də yarandığının şahidi oluruq. 

Bəs, Azərbaycanda bunun qarşısını almaq üçün hansı addımlar atıla bilər?

Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bunun bir mədəniyyət məsələsi olduğunu bildirib:
 


"Hər kəsin bir daxili mədəniyyəti, düşüncəsi, təfəkkürü yerində olmalıdır. Ən azı ictimai yerdə davranış qaydalarını bilməlidirlər ki, başqalarını narahat etməsinlər. Bu məsələdə ictimai qınaq olmalıdır, insanlar buna etirazını kütləvi şəkildə bildirməlidir. Baxırsan ki, vaqonda biri yüksək səslə video izləyir və bütün sərnişin səsdən narahatdır. Buna bir nəfər etiraz edir, mədəniyyətsizlik, kobudluq göstərən də bir az qoluzorlu çıxır və ona kobud cavab verir. Belə vəziyyətdə vaqondakıların biri səsini çıxartmır. Əksinə, hamı gözləyir ki, kobudluq göstərən ona irad bildirənə əl qaldırsın və s. Onlar da baxıb seyr eləsin. Amma buna 5 nəfər etiraz bildirsə həmin adam səsini kəsəcək, hələ bəlkə telefonunu da söndürəcək".

Elməddin Muradlının fikirincə, ictimai qınaq hər şeyi həll edə bilər:

"Hansısa qanuna ehtiyac yoxdur. Bəzən elə bir zərurət yaranır ki, qanunda keçməlidir, başqa yol buraxmırlar. Bəzi adamlar var ki, ona söz keçmir. Bu insanlarla ancaq qanun dili ilə mübarizə aparmaq lazımdır ki, cəza mexanizmini hiss etsinlər. Qayda qoyulana kimi isə insanlar mədəni qaydada baş verənlərə etiraz bildirməlidirlər".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->