Xəbər lenti

Foto 16:12 18.03.2023

"İctimai Müzakirə" adlı layihəyə start verildi (FOTOLAR)

"Davam” Gənclər Hərəkatı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi arasında imzalanan memoranduma əsasən, tərəflərin birgə təşkilatçılığı ilə "İctimai Müzakirə” adlı layihəyə start verilib. 

Layihə çərçivəsində 17 mart tarixində "Heydər Əliyev İli”nə həsr olunmuş görüş baş tutub. Görüşdə Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, media nümayəndələri və davamçılar iştirak edib. 

Görüş zamanı müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, banisi olduğu dövlət gənclər siyasətinin ideoloji-siyasi konturlarının müəyyənləşdirilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımlar barədə müzakirələr aparılıb, gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->