Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının ölümünün təfərrüatı məlum olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti "Ay-Min" MMC-də çalışıb.
Mərhumun ölümünə səbəb avtoyuma apartı olub. Belə ki, onun işlədiyi şirkətin yaxınlığında avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cəryan vurub.
Mərhum hadisə yerində dünyasını dəyişib. Habil Quliyev bu gün Lənkəran rayonun Hirkan qəsəbəsində dəfn edilib.
Əhməd
Şərhlər