Xəbər lenti

Maqazin 22:00 02.11.2023

"İçimdəki qadın” bir həftədə 1,1 milyon nüsxə satıldı

ABŞ-da pop müğənnisi Britni Spirsin xatirələri avtobioqrafiya nəşr olunduqdan sonra 1,1 milyon nüsxə satılıb. 

Qaynarinfo bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, statistikaya çap nəşrlərinin, audiokitabların və elektron nüsxələrin həm ilkin sifarişləri, həm də satışları daxildir. Oktyabrın 24-də işıq üzü görən memuar ötən həftə ən çox satılanlar arasında olub. Memuar müğənninin musiqi yaradıcılığına marağın artmasına da töhfə verib. "Luminate" analitik şirkətinin məlumatına görə, Spirsin bəstələrini axınlarının sayı 24% artıb.

"Associated Press" bildirir ki, "İçimdəki qadın”ın audiokitab versiyası qalereya tarixində ən çox satılan başlıqdır. Buna səbəb mətni beşqat Oskar mükafatına namizəd aktrisa Mişel Uilyamsın oxumasıdır.

Eyni zamanda çap bazarında Spirsin xatirələri 418 min nüsxədən bir qədər az satılıb.

Aydln

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->