Almaniya və Hollandiya xarici işlər nazirləri Kiyevə elan edilməmiş səfərə gəliblər.
Qaynarinfo "Deutsche Welle” saytına istinadla xəbər verir ki, Almaniya xarici işlər naziri Annalena Berbok müharibə başlanğıcından bu yana Ukraynaya gələn ən yüksək çinli
almandır.
Berbok müharibə cinayətləri törədilmiş Buça şəhərinə gedib. Ukrayna ombudsmanı ilə şəhəri gəzən Annalena, Buça cinayətlərinə görə məsul olanların cavab verməli olduqlarını deyib.
"Bu bizim qurbanlara borcumuzdur. Burda onu çox yaxşı anlayırsan ki, bu qurbanlar biz ola bilərdik”,- deyib Berbok.
Hollandiya xarici işlər naziri Vopke Hokstra rus qoşunlarının qırğın törətdiyi İrpen şəhərinə gedib. Hər iki ölkənin XİN başçıları İrpendə qırğınların törədildiyi yerlərə baş çəkiblər.
"Siz çox cəsarətli ölkəsiniz, tək edə biləcəyimiz şey sizin yanınızda durmaqdır”, - Berbok deyib.
Berbok həmçinin ümidvar olduğunu bildirib ki, yaxında Ukrayna Avropa Birliyi üzvlüyünü qazanacaq.
Nurlan Hüseynov
Şərhlər