Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın Hirkan meşələri nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, Azərbaycanın ilk təbii ərazisidir ki Ümumdünya İrs Siyahısına daxil edilib.
Şərhlər