Hindistan fond bazarının kapitallaşması ilk dəfə olaraq Honq-Konqun kapitallaşmasını üstələyib və 4,33 trilyon dollar təşkil edib. Bununla da Hindistan dünyada 4-cü yeri tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" öz hesablamalarına istinadən yazıb.
Hindistanın fond bazarı pərakəndə investorların axını və güclü korporativ qazancların fonunda yüksəlir. Hindistan xarici kapitalı və sabit siyasi sistemə malik şirkətləri cəlb edərək Çinə alternativ olaraq özünü göstərir.
Eyni zamanda, Honq-Konq Çinin iqtisadi problemlərindən - sərt kilidləmələrdən, biznesə tənzimləyici məhdudiyyətlərdən və daşınmaz əmlak bazarındakı böhrandan əziyyət çəkir. 2021-2023-cü illər üçün Çin və Honq Konq səhmlərinin dəyəri 6 trilyon dollardan çox ucuzlaşıb.
"Biz Hindistanın inkişaf etməkdə olan bazarlar arasında və qlobal miqyasda ən yaxşı inkişaf hekayəsi olduğuna inanırıq", deyə "Global X ETF"in rəhbəri Evan Metkalfe bildirib.
Bununla belə, UBS proqnozlaşdırır ki, Çin səhmləri kəskin ucuzlaşdıqdan sonra 2024-cü ildə Hindistan səhmlərini geridə qoymağa başlayacaq. "Bernstein" isə Hindistan qiymətli kağızlarından mənfəət götürməyi tövsiyə edir.
İlk dəfə olaraq ekspertlər 2023-cü ilin dekabr ayının əvvəlində Hindistan fond bazarının faydaları barədə ciddi danışmağa başlayıblar.
Aydın
Şərhlər