Xəbər lenti

HƏMAS Qəzza ilə bağlı yeni danışıqlarda iştirakdan imtina etdi
Dünya 11:33 15.08.2024

HƏMAS Qəzza ilə bağlı yeni danışıqlarda iştirakdan imtina etdi

HƏMAS rəhbərliyinin üzvü qruplaşmanın Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni danışıqlarda iştirak etməyəcək. Vasitəçilərin iştirakı ilə keçiriləcək HƏMAS-İsrail danışıqları cümə axşamı Qətərdə davam etdiriləcək. İsrail iştirakını təsdiqləyib. 

Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.

HƏMAS sözçüsü BBC-yə deyib ki, "İsrail danışıqlar pərdəsi altında müharibəni davam etdirir” və qruplaşma "danışıqlar naminə danışıqlara” girmək istəmir.

Onun sözlərinə görə, bu Fələstin silahlı qruplaşması "yol xəritəsi”, razılaşmaların həyata keçirilməsi üçün konkret plan görmək istəyir və bu plan ABŞ prezidenti Co Baydenin may ayında irəli sürdüyü təkliflərə əsaslanmalıdır.

HƏMAS sözçüsü yenə də İsraili danışıqlardan əvvəl əlavə şərtlər irəli sürməkdə ittiham edib. İsrailin baş naziri Benyamin Netanyahu eyni ittihamları HƏMAS-a aid edib. 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə günü təsdiqləyib ki, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və HƏMAS qruplaşmasının ötən il oktyabrın 7-də İsrailə hücumu zamanı əsir götürdüyü girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirak edəcək.
Danışıqlar Qətərin paytaxtı Dohada baş tutacaq.

"Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin sabah Dohaya getməsini, həmçinin danışıqlar üçün mandatı təsdiqləyib”, - deyə məlumatda bildirilir.

İsrail mediası daha əvvəl xəbər verib ki, "Mossad”ın rəhbəri David Barnea, "Şin Bet”in təhlükəsizlik rəhbəri Ronen Bar, həmçinin Netanyahunun müşavirləri və İsrail Müdafiə Qüvvələrinin nümayəndələri Dohaya gedəcəklər.

AFP-nin mənbəyə istinadən yazdığına görə, görüşdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də iştirak edəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->