G7 formatında iştirak edən ölkələr Rusiya Federasiyasına qarşı müharibədə Ukraynaya müddətsiz dəstək verməyi öhdələrinə götürəcəklər.
Bu barədə
Qaynarinfo "Bloomberg”ə istinadən
xəbər verir
Nəşr G7-nin Bavariyada keçirilən sammitinin yekun bəyanatının layihəsinə istinadən qeyd edir ki, söhbət müxtəlif növ yardımlardan gedir.
"Biz lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək və yardım göstərməyə davam edəcəyik”, - deyə bəyanat layihəsinin mətnində deyilir.
"Bloomberg” vurğulayır ki, bu ifadə ona görə vacibdir ki, NATO ölkələri müharibənin uzanmasından narahatdırlar, Almaniya və Fransa isə əvvəllər Ukraynada atəşkəs üçün danışıqların mümkünlüyünə eyham vurublar.
Nizami Bağırov
Şərhlər