Xəbər lenti

Fransada iğtişaşlara qarşı mitinqlər keçiriləcək, Paris dronlardan istifadə edəcək
Dünya 18:22 02.07.2023

Fransada iğtişaşlara qarşı mitinqlər keçiriləcək, Paris dronlardan istifadə edəcək

Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar bildirib ki, iyulun 3-də ölkə boyu bələdiyyə binaları qarşısında mitinqlər keçiriləcək və bu aksiyalarda vətəndaşlar iğtişaşlara qarşı çıxacaqlar. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə TF1 telekanalının efirində bildirib.

Lisnarın sözlərinə görə, assosiasiya bələdiyyə məclis üzvlərini və əhalini səfərbər etmək niyyətindədir: "Biz təslim olmuruq".

Aksiyalar iyulun 3-də yerli vaxtla saat 12:00-da meriyaların qarşısında keçiriləcək, sirenlər işə salınacaq. O, əlavə edib ki, Fransa Merlər Assosiasiyası "asayişi bərpa etmək üçün gündəlik işini” davam etdirəcək.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. İyunun 29-na keçən gecə nümayişçilər avtomobilləri yandırıb, vitrinləri sındırıb, polislərə hücum edib, barrikadalar qurublar. Növbəti gün iğtişaşlar davam edib, polis artıq minlələ insanı həbs edib. Çox sayda avtomobil yandırılıb, mağazalar qarət edilib.

Paris prefekturası "Twitter" səhifəsində iyulun 2-si axşamdan iyulun 3-ü səhərədək paytaxtda və qonşu departamentlərdə asayişə nəzarət etmək üçün dronların istifadəsinə icazə verdiyini bildirib:

"Prefektura əmri Parisdə, 92-ci departamentin bəzi kommunalarında (Hauts-de-Seine), 93-cü departamentdə (Saint-Saint-Denis) saat 18:00-dan dronlardan istifadə edərək şəkilləri çəkməyə, qeyd etməyə və ötürməyə icazə verir".

Paris polisinin prefekti Laurent Nunez daha əvvəl bildirib ki, şəhərdə fövqəladə vəziyyət elan etmək tezdir. Onun sözlərinə görə, şəhər hakimiyyəti fövqəladə vəziyyət tətbiq etmədən iğtişaşları yatırmaq üçün hələ də kifayət qədər resurslara malikdir. O əlavə edib ki, paytaxt regionunda ictimai nəqliyyatda əvvəllər saat 21:00-dan sonra tətbiq edilən məhdudiyyətlər davam edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->