2024-cü ilin martında Fransa hakimiyyəti təkcə "Telegram"ın baş direktoru Pavel Durov üçün deyil, həm də onun qardaşı Nikolayın həbsinə order verib.
Qaynarinfo bu barədə "Politico"ya
istinadən xəbər verir.
Nəşrin əldə etdiyi sənədə görə, "Telegram"la bağlı araşdırmanın daha geniş olduğu və məlum olduğu vaxtdan bir neçə ay əvvəl başladığı üzə çıxıb.
Ümumiyyətlə, iş messencerin uşaqlara qarşı cinsi zorakılığın araşdırılmasında Fransa polisi ilə əməkdaşlıqdan imtina etməsindən gedir. Platformanın "Telegram" istifadəçisinin şəxsiyyətini müəyyənləşdirmək üçün əvvəlki məhkəmə sorğularına cavab verməməsindən sonra Durov qardaşlarına həbs qərarı martın 25-də verilib.
Sənəddə həmçinin "Telegram"ın digər məsələlərdə Fransa və Avropa hakimiyyət orqanları ilə 2ümumiyyətlə əməkdaşlıq etməməsi" vurğulanır.
Pavel və Nikolay "mütəşəkkil dəstədə yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərini saxlamaq, yaymaq, təklif etmək və ya təqdim etməkdə əlbir olmaqda" ittiham olunurlar.
Sənədə görə, platforma hakimiyyət orqanları ilə əməkdaşlıq etmir və "çoxsaylı cinayətkar qruplar" tərəfindən istifadə olunur, bu da həbs orderlərinin verilməsinə əsas yaradır.
"Sənəddə Durov qardaşlarının istintaq tərəfindən müəyyən edilmiş hər hansı qanunsuz fəaliyyətdə bilavasitə iştirak etdiyinə dair heç bir işarə yoxdur", deyə "Politico" əlavə edib.
Nizami Bağırov
Şərhlər