Xəbər lenti

Fırtınaya düşdü, 15 ay dənizdə qaldı - Dostunun ailəsi onu adamyeyənlikdə ittiham etdi
Dünya 21:15 25.07.2024

Fırtınaya düşdü, 15 ay dənizdə qaldı - Dostunun ailəsi onu adamyeyənlikdə ittiham etdi

Sakit okeanda 15 ay qayıqda qalan Meksikadan olan balıqçı adamyeyənlikdə günahlandırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "LadBible" məlumat yayıb.

2012-ci ildə Xose Salvador Alvarenqa balıqçı yoldaşı Ezekuiel Kordoba ilə iki günlük balıq ovuna yollanıb. Onlar bir həftə ərzində səngiməyən fırtınaya tutulublar. Qayığın manevr etməsini asanlaşdırmaq üçün avadanlıqlarının çoxunu atıblar, lakin sonra onların mühərriki sıradan çıxıb.

Alvarenqa daha sonra həyatda qalmaq üçün çılpaq əli ilə balıq və quş tutmalı, həmçinin tısbağa qanı, yağış suyu içməli olduğunu bildierib.

"Mən vaxtın izini itirdim və yalnız gecə və gündüz müəyyən edə bildim. Qayıqda 438 gün qaldıqdan sonra Marşal adalarında kiçik bir kəndin sakinləri tərəfindən xilas edilənədək heç vaxt quru görməmişəm, yalnız okean görürdüm", deyə o bildirib.

Alvarenqa izah edib ki, dörd aydan sonra yorğunluqdan əziyyət çəkən dostu Kordoba ölüb. Meksikalı öz hekayəsini daha sonra "438 Gün: Dənizdə Sağ qalmanın Fövqəladə Həqiqi Hekayəsi" kitabını nəşr edən jurnalist Konatan Franklinə müsahibəsində danışıb.

Daha sonra ikinci balıqçının ailəsi Alvarenqanı məhkəməyə verib. Kordobanın qohumları balıqçının sağ qalmaq üçün onu yediyini iddia edib. Alvarenqa ittihamları rədd edib və bildirib ki, o və dostu Sakit Okeanın ortasında tək olduqlarını anlayanda bunu etməməyə razılaşıblar.

Alvarenqa yalan detektoru testindən keçib və sonra bildirib ki, Kordoba ailəsi onun hekayəsi ilə kitabdan gələn gəlirdən yalnız bir pay istəyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->