Xəbər lenti

Fidanın
Dünya 16:19 06.06.2024

Fidanın "səssiz diplomatiyası": Uyğurlara verilən mesaj nə vəd edir?

"Hakan Fidanın bu addımı uyğurlara verilən mesajıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə XİN rəhbəri Hakan Fidanın Çində səfərdə olarkən Sincan-Uyğur Muxtar Bölgəsinə getməsini də şərh edərkən deyib.

C.Nuriyev bildirib ki, Çində uyğurların hüquqları tapdanır. Türkiyə ilə Çinin münasibətləri isə yaxşıdır:

"Ankara da bu məqamdan yararlanaraq, uyğurların hüquqlarını qorumaq üçün diplomatik gediş edir. Buna səssiz diplomatiya deyilir. Hakan Fidanın Urumçiyə gedərək, məsciddə olması, əhali ilə söhbətləşməsi uyğurlara arxa dayağın olduğunun mesajıdır. Bu, eyni zamanda, burada türklərin yaşadığı və var olduğu və Çinin də qardaşlarımıza hörmətlə yanaşmalı olduğu barədə Pekinə də verilən mesajdır".
 


Ekspert qeyd edib ki, Fidan həm mövcud vəziyyətdən yararlanıb, həm də oradakı türklərin hüquqları ilə bağlı addım atıb:

"Fidanın bu addımı həm də Türkiyənin nə qədər güclü dövlət olduğunun mesajıdır".

Politoloqa görə, Fidanın bu jesti fonunda Pekin uyğurlara münasibətdə müəyyən yumşalmalara getməlidir:

"Pekin əvvəlki siyasətini davam etdirsə, onlar üçün ciddi problem yarana bilər. Orada 100 milyondan çox uyğur var. Türkiyənin onları dəstəkləməsindən Pekin əleyhinə istifadə oluna bilər ki, bu da Çində ciddi problemlər yaradar".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Uruçiyə də gedib. Burada o həmçinin məscidə baş çəkib, bazarda uyğurlarla fikir mübadiləsi aparıb. 

Onu da vurğulayaq ki, Pekin uyğurlara münasibətdə diskriminasiya siyasəti yürüdür, onların hüquqlarını tapdalayır. Belə bir vəziyyətdə Fidanın sözügedən bölgəyə səfər etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->