Fələstinin baş naziri Məhəmməd Ştaye mətbuat konfransı zamanı hökumətin istefa ərizəsini ölkə prezidenti Mahmud Abbasa təqdim etdiyini bildirib.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Ştaye 2019-cu il martın 10-dan Fələstinin baş naziri vəzifəsini icra edirdi. O, Mahmud Abbasla yaxın münasibətdə idi və tez-tez mətbuatda prezidentin varisi kimi təqdim edilirdi.
Keçmiş baş nazir iki dövlətin - Fələstin və İsrailin birgə yaşaması ideyasının tərəfdarıdır.
Aydın
Şərhlər