2020-ci ildə iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunan rəis müavini Dövlət Vergi Xidmətini məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, hazırda mülki işə Ali Məhkəmədə Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılır.
Məhkəmə çəkişməsinin səbəbi sabiq vergilər naziri Fazil Məmmədovun qohumu kimi tanınan Məlikli Cəmil Güləhməd oğlu və DXV arasında inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar əmək məsələləri üzrə mübahisədir.
Qeyd edək ki, Cəmil Məlikli Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu vəzifələri Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini və Vergidən yayınma risklərinin təhlili idarəsinin rəis müavini olub.
Əhməd
Şərhlər