Xəbər lenti

Əsabil Qasımovun qardaşının şirkəti məhkəməyə verildi
Ekonomiks 18:18 02.02.2024

Əsabil Qasımovun qardaşının şirkəti məhkəməyə verildi

Sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus "Vialon" MMC tikinti şirkəti məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, Həsənov İbrahim İslam oğlu, Həsənov İslam İdris oğlu və Hüseynova Bəsti İslam qızı MMC barəsində iddia qaldırıblar.

Onlar "Vialon” MMC rəhbərindən maddi ziyanın ödənilməsini tələb edirlər. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır. 

Qeyd edək ki, şirkət ən çox Nəsimi rayonunda hündürmərtəbəli binaların tikintisini həyata keçirir. İllərdir ki, şirkət barəsində sözügedən rayonda evləri sökülən sakinlər tərəfindən narazılıqlar dilə gətirilir.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->