Xəbər lenti

Ermənistan KTMT-nin yardımından imtina etdi
Dünya 18:34 20.11.2023

Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ona dəstək verən sənədin gündəmdən çıxarılmasını istəyib. 

Qaynarinfo verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra bildirib.

"Ermənistan tərəfi bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, bu sənədə heç bir maraq göstərmədi və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdi”, deyə KTMT-nin baş katibi bildirib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib. KTMT-nin o zamankı baş katibi Stanislav Zas qeyd edib ki, sənəd təkmilləşdirmə tələb edir.

2023-cü ildə KTMT-yə Belarus sədrlik edəcək. Təşkilata Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir. Noyabrın 22 və 23-də Minskdə müdafiə və xarici işlər nazirləri şuralarının görüşləri, həmçinin KTMT sammiti planlaşdırılır. Ermənistanın baş naziri Nikol Paşinyan tədbirlərdə iştirak etməyəcək. 

"Ermənistanın baş naziri Belarus prezidentinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümidvar olduğunu bildirib ki, KTMT-dəki həmkarları bu qərara anlayışla yanaşacaqlar”, - deyə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->