Xəbər lenti

Əri Britni Spirsi şantaj edib, pul istəyir
Maqazin 11:52 17.08.2023

Əri Britni Spirsi şantaj edib, pul istəyir

Fitnes təlimatçısı Sem Asgari boşanma zamanı müğənni Britni Spirs nikah müqaviləsində göstəriləndən artıq pul ödəməsə, sirlərini yayacağı ilə hədələyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six” öz mənbəsinə istinadən məlumat yayıb.

"O, müqavilədən imtinanı müzakirə etməyi tələb edir və ödəniş olmasa, Britni haqqında inanılmaz dərəcədə biabırçı məlumatları yayacağı ilə hədələyir. Məqsəd pul almaqdır", deyə mənbə bildirib.

29 yaşlı Asgarinin nə qədər pul istədiyi və müqavilədə həssas məlumatların açıqlanmasının nəzərdə tutulduğu məlum deyil.

Hələlik Spirs və Asgari nümayəndələri şəxsi məlumatların açıqlanması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməyiblər. 

Britni Spirs və Sem Asgari 2022-ci ilin iyununda evləniblər. Avqustun 16-da məlum olub ki, Spirs və Asgari boşanır. Təxminən bir həftə əvvəl aktyor həyat yoldaşının onu aldatması ilə bağlı şayiələrə görə onunla mübahisə edib. Bundan sonra onların evindən köçüb və indi tək yaşayır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->