Xəbər lenti

Elnarə Abdullayeva:
Maqazin 13:09 19.06.2024

Elnarə Abdullayeva: "Qızımın toyuna gəlməyənlər də oldu"

"Toya borclu qalmadıq". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva qızının toyundan danışarkən deyib. 

Xanəndə toyda iştirak edən bütün həmkarlarına təşəkkür edib:

"Toy hamının sayəsində maraqlı oldu. Çox razı qaldım, hər şey gözəldir, əsas xoşbəxtlikdir. Bir də biz gözümüzü gələn qonaqların puluna dikməmişik ki. Toy sahibi hər şeyə hazır olmalıdır. Deyirsən ki, birdən gələn az olar. Yaxud da dəvətlilərdən işi olanlar olar, gəlməz. Mən qonağa arxayın ola bilmərəm. Gələnlərin Allah malına, canına, evinə, ocağına bərəkət versin, gələn ayaqları sağ olsun". 

Elnarə Abdullayeva toya çox pul salanların adlarının çəkilməsini istəməyib:

"Toya çox pul salanlar var. Onların arasında adı çəkiləcək və çəkilməyəcək şəxslər var. Əsas odur ki, dəvət etdiyim şəxslər məni saydı, övladımın şad gündə yanımda oldu. İstər bir manat, istər də 100 manat salsınlar, mənim üçün fərqi yoxdur, əsas onların mənimlə olmasıdır. Düzdür, toya dəvət olunanlardan gəlməyənlər də var idi. İşləri olub, vaxt edə biləməyib, amma ürəkləri mənimlə idi". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->