Xəbər lenti

Ekonomiks 14:09 04.09.2024

"Elit Optimal"ın menecerinə hökm oxundu: Bonuslarını vermədilər, pulları mənimsədi

Hazırda "Elit Optimal" adı ilə fəaliyyətini davam etdirilən Ağdaş rayonundakı "Optimal" mağazasının meneceri saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Ağdam şəhərində anadan olmuş M.B. barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, B.M. "Elit.EO" MMC-nin Ağdaş filialı mağazasında soyuducu, mobil telefonlar, televizorlar və s. məişət avadanlıqlarının satışı həyata keçirib. Onun "Optimal" mağazasında hər ay ərzində orta hesabla 38000-40000 manat satışı olub. 

Mağazanın rayon müdirinə hər ay satdığı məhsula görə şirkət tərəfindən dəqiq bilmədiyi formada bonuslar hesablanıb. Bu bonuslar ona hər ay şirkət tərəfindən əmək haqqı ilə bərabər verilib.  2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında satış etdiyi məhsullara görə bonuslar onun maaşına əlavə olunmayıb.

Bundan sonra mağaza direktoru (menecer) 21 telefon, bir televizor, bir ədəd kondisioner olmaqla ümumilikdə 17299,75 manat dəyərində əşyaları qohumlarının xəbərləri olmadan onların adlarına rəsmləşdirərək, başqa-başqa şəxslərə satmaqla əldə etdiyi pulu mənimsəyib. 

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək deyib ki, "Optimal" mağazasında 2019-cu ilin dekabr ayından işləyib. Bildirib ki, mağaza 5 yanvar 2023-cü il tarixdə dövlət qeydiyyatından keçib. Mağaza qanuni təmsilçi Jobava Lado olan "Elit.EO" MMC-nin balansına keçdikdən sonra 3 ay ərzində satdığı məhsullara görə bonus verilməyib. Nətcədə də sözügedən əməli törədib.

Məhkəmənin qərarı ilə B.M. cinayəti törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->