Xəbər lenti

Əli Əhmədova yeni vəzifələr verildi
Siyasət 17:30 28.07.2022

Əli Əhmədova yeni vəzifələr verildi

Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov komissiyanın tərkibindən çıxarılıb.

Onun yerinə komissiyanın tərkibinə Baş nazirin müavini Əli Əhmədov daxil edilib.

Habelə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. Dəyişikliklə Baş nazirin müavini Əli Əhmədov Komissiyanın tərkibinə daxil edilib. O, bu vəzifədə Baş nazirin birinci müavinini əvəz edəcək.

Ə.Əhmədov hər iki komissiyaya Azərbaycan tərəfdən sədrlik edəcək.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın Azərbaycan tərəfindən tərkibinə dəyişiklik edilməsi barədə Qırğız Respublikası və Belarus Respublikasına müvafiq bildiriş göndərəcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->