Ekvadorun hazırkı prezidenti Gilyermo Lasso Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionun qətli ilə bağlı əvvəllər mətbuatda yayılan məlumatı təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, Lasso sosial şəbəkələrdə baş verənlərdən "qəzəbləndiyini və şoka düşdüyünü" yazıb və "bu cinayətin cəzasız qalmayacağına" söz verib.
O bildirib ki, hadisəni müzakirə etmək üçün təcili təhlükəsizlik iclası çağırıb.
Bundan əvvəl CNN telekanalı Villavicencionun seçki kampaniyası çərçivəsində siyasi mitinqdə güllələndiyini bildirmişdi.
CNN qeyd edir ki, prezidentlik yarışında iştirak edən səkkiz iştirakçıdan yeddisi, o cümlədən Villavicencio polisin mühafizəsi altında olub. Qətlə yetirilən siyasətçi "Ekvador qurun” hərəkatını təmsil edirdi.
Polis bildirib ki, hadisə yerində polislə atəş açan şəxs arasında atışma zamanı polislər də daxil olmaqla bir neçə nəfər yaralanıb. Polis qətli terror aktı kimi qiymətləndirib.
"Associated Press”in məlumatına görə, Ekvador Baş Prokurorluğu qətldə şübhəli bilinən şəxsin atışma zamanı aldığı xəsarətlərdən öldüyünü bildirib.
Öz növbəsində, Amerika Dövlətləri Təşkilatı da seçki müşahidə missiyasının geniş bəyanatında onların təhlükəsizliyinə çağırıb.
Ekvadorda prezident seçkilərinin birinci turu avqustun 20-nə təyin edilib.
Alpər
Şərhlər