"Ekvador Rusiya avadanlığını ABŞ-a tədarük etməyəcək".
Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Ekvadordakı səfiri Vladimir Sprinçan Ekvador prezidenti Daniel Noboa ilə görüşündən deyib.
Səfirin sözlərinə görə, Ekvador prezidenti görüş zamanı ölkənin neytral statusunu xüsusi vurğulayıb.
"Ölkə bitərəf statusunu və BMT-də daimi üzvlüyünü nəzərə alaraq, heç kimin tərəfində münaqişəyə cəlb oluna bilməz. Ekvadorun mövqeyi isti zonalara silah və sursat göndərmək deyil, münaqişələrin diplomatik vasitələrlə sülh yolu ilə həllinə töhfə verməkdir", deyə rusiyalı diplomat paylaşıb.
O əlavə edib ki, Ekvador hakimiyyətinin avadanlığın ABŞ-a təhvil verilməməsi ilə bağlı rəsmi qərarı gələn həftə məlum olacaq.
Rosselxoznadzorun Ekvador bananları ilə bağlı iddiaları ölkənin 200 milyon dollar dəyərində yeni avadanlıqlar müqabilində Rusiya və Ukrayna istehsalı olan avadanlıqları ABŞ-a verməyə hazırlaşdığı xəbərləri fonunda səslənir.
Bundan əvvəl ölkənin İstehsal, Xarici Ticarət, İnvestisiya və Balıqçılıq Nazirliyinin rəhbəri Sonsoles Qarsiya bəyan etmişdi ki, Ekvador bu ölkədən Rusiyaya banan ixracına qarşı istənilən arqumentləri təkzib etmək niyyətindədir.
Aydın
Şərhlər