Xəbər lenti

Şəhər merliyinə namizəd seçki kampaniyası zamanı güllələndi (VİDEO)
Video 09:43 30.05.2024

Şəhər merliyinə namizəd seçki kampaniyası zamanı güllələndi (VİDEO)

Meksikanın Koyuka de Benitez şəhərinin (Qerrero ştatı) merliyə namizədi Xose Alfredo Kabrera Barrientos seçki kampaniyasının yekun mitinqində güllələnib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi basketbol meydançasında tərəfdarları ilə yanaşı addımlayıb. Bu zaman naməlum şəxs ona yaxınlaşaraq başının arxasına bir neçə dəfə atəş açıb.

"El Universal" hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolara istinad edərək, ən azı 15 atəş açıldığına aydınlıq gətirib.

Mayın 23-də Meksikanın Nuevo-Leon ştatında keçirilən mitinqdə səhnənin uçması nəticəsində biri azyaşlı olmaqla 9 nəfərin həlak olduğu bildirilirdi. "ABC Noticias" qəzetinin məlumatına görə, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.

2023-cü ilin sentyabrında narazı Meksika vətəndaşları büdcə pulları ilə dələduzluqda şübhəli bilinən bələdiyyə sədrinin oğullarını oğurlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Mitontik şəhərinin rəhbəri 5,8 milyon peso oğurluğunda əli var. Qalmaqaldan sonra naməlum şəxslər məmurun iki oğlunu qaçırıblar. Hücum edənlər onun qohumları ilə əlaqə saxlayıb və oğurlanmış pulların Oksiman şəhərinin ən kasıb kommunalarından birinə qaytarılmaması halında ailəni dəhşətli nəticələrlə hədələyiblər.

Aydın

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->