Xəbər lenti

Durov həbs olunmazdan əvvəl Fransa kəşfiyyatı ilə görüşüb - KİV
Dünya 21:55 31.08.2024

Durov həbs olunmazdan əvvəl Fransa kəşfiyyatı ilə görüşüb - KİV

"Telegram" messencerinin təsisçisi Pavel Durov Parisdə saxlanıldıqdan sonra dindirilmə zamanı Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) nümayəndələri ilə əlaqə saxladığını bildirib.

Qaynarinfo xəbər verir ki, "Liberation" qəzeti bu barədə mənbəyə istinadən yazıb. 

Məlumata görə, Durov Dubayda DGSİ-nin nümayəndələri ilə görüşüb. Bu görüşün nə vaxt keçirildiyi məlum deyil. 

İddia olunur ki, "Telegram"ın qurucusu bununla bağlı "hərbi sirr təşkil edən məlumatların açıqlanmasının onun üçün yersiz olacağını" detib. Hansı məlumatların müzakirə olunduğu açıqlanmır. 

Pavel Durov həmçinin, terrorizmlə mübarizə üçün DGSİ ilə "qaynar xətt və xüsusi e-poçt ünvanı ilə" rəsmi əlaqə kanalı açdığını bildirib. O, məlumat mübadiləsinin bir neçə terror aktının qarşısını almağa kömək etdiyini iddia edir.

Nəşrin məlumatına görə, həbsdən sonra Durov əməkdaşlığa hazır olduğunu bildirib və hüquq-mühafizə orqanlarına mobil telefonunu və onun giriş kodunu verib. Avqustun 25-də Fransa prezidenti Emmanuel Makron BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla Durovun saxlanması ilə bağlı vəziyyəti müzakirə edib.

"Telegram"ın yaradıcısı avqustun 24-də Parisdə saxlanılıb.Avqustun 28-də o, məhkəmə nəzarəti altında 5 milyon avro girov müqabilində sərbəst buraxılıb və Fransadan çıxışına qadağa qoyulub. Mətbuat onun qardaşı, "Telegram"ın həmtəsisçisi Nikolay Durovun da ölkədə axtarışa verildiyini yazıb.

Aydın 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->