Xəbər lenti

Dubay hakimiyyəti xarici banklara 20% vergi tətbiq etdi
Dünya 23:40 08.03.2024

Dubay hakimiyyəti xarici banklara 20% vergi tətbiq etdi

Dubay hökmdarı və BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum əmirlikdə fəaliyyət göstərən xarici banklara illik 20% vergi tətbiq edən qanun qəbul edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni qanun bütün xarici banklara, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək. İstisna Dubay Beynəlxalq Maliyyə Mərkəzində fəaliyyət göstərmək üçün lisenziyası olan banklar olacaq.

Xarici bank 2022-ci il tarixli 47 saylı Federal Qanunun müddəalarına uyğun olaraq 9% korporativ vergiyə cəlb edilərsə, onda onun məbləği vergi öhdəliklərinin ümumi məbləğindən çıxılacaq. 

Birinci pozuntuya görə qanun 500 min dirhəmə qədər (136,13 min dollar) cərimə nəzərdə tutur. İki il ərzində təkrar pozuntu halında kredit təşkilatını 1 milyon dirhəmə (272,26 min dollar) qədər cərimə gözləyir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->