Goranboy rayonunda "VAZ 2103" avtomobillə heyvan oğurlayan dostlar saxıanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Gəray və 1986-cı il təvəllüdlü Elnur Goranboy rayonunun Səfikürd kəndinin ərazisində yerləşən çayxanaların birində çay içib, damino oynayıblar.
Dostlar asan yolla pul qazanmaq üçün Goranboy rayonunun Tatarlı kəndində fermer təsərrüfatı ilə məşğul olan şəxsin tövləsindən oğurluq etmək qərarına gəliblər. Onlar "VAZ 2103" markalı avtomobillə gecə saat 01.00 radələrində istəklərini həyata keçiriblər.
Belə ki, Elnur və Gəray tövləyə daxil olaraq dəyəri 260 manat, diri çəkisi 30 kiloqram iki, dəyəri 340 manat, diri çəkisi 40 kiloqram olan bir qoyunu oğurlayıblar. Onlar həmin heyvanları mal bazarına aparıb satmaq istəsələr də, arzuları baş tutmayıb. Polis tərəfindən saxlanılan dostlara Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, baxılması üçün iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə hər iki şəxsə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxslər Goranboyun Tatarlı kəndində yaşadıqları yeri axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, üzərlərində elektron nəzarət vasitəsini gəzdirmək vəzifələri qoyulub.
Aydın
Şərhlər