Xəbər lenti

Dörd ölkə Talibanı qadınlara görə Haaqa Tribunalına verəcək
Dünya 13:16 26.09.2024

Dörd ölkə Talibanı qadınlara görə Haaqa Tribunalına verəcək

Almaniya, Avstraliya, Kanada və Niderland Taliban qruplaşmasına qarşı qadın hüquqlarının pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsində (BCM) iddia qaldıracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Taliban müəyyən müddət ərzində vəziyyəti yaxşılaşdırmaq üçün heç bir addım atmasa, ölkələr arbitraj prosedurlarına başlamağı planlaşdırır. Nəşr vurğulayır ki, Beynəlxalq Haaqa Məhkəməsi də bu işə cəlb oluna bilər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Avstraliya, Kanada və Niderlanddan olan həmkarları ilə Taliban tərəfindən qadınlara qarşı ayrı-seçkilik məsələsi ilə bağlı məsləhətləşəcək.

Avqust ayında Əfqanıstanda hakim Taliban qruplaşması qadınlara ictimai yerlərdə danışmağı, üzlərini göstərməyi və nazik parçadan paltar geyinməyi qadağan edib. Qadınlara universitetlərə təhsil almaq və ya müəllim kimi daxil olmaq qadağandır. 13 avqust 2022-ci ildə Kabildə qadınların təhsil hüququ uğrunda nümayişini yatırarkən Taliban atəş açıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->