2023-cü ilin yanvar-aprel aylarında dörd ölkə Azərbaycan neftinin idxalını bərpa edib.
Bunlar Yunanıstan, Sinqapur, İndoneziya və Fransadır.
Ümumilikdə, bu ölkələr 429,264 milyon dollardan artıq dəyərdə təxminən 675,225 milyon ton neft idxal ediblər. Kəmiyyət ifadəsində bu ölkələr tərəfindən Azərbaycan neftinin idxalı Azərbaycandan ümumi xammal ixracının 7,3 faizini, pul ifadəsində isə 7,5 faizini təşkil edir.
Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Yunanıstan 300 min tona yaxın, Sinqapur 138,338 min tondan çox, İndoneziya 128,188 min tondan çox, Fransa isə 108,829 min tondan çox xam neft və neft məhsulları idxal edib.
Dəyər baxımından Yunanıstan 190,16 milyon dollardan çox, Sinqapur 87,786 milyon dollar, İndoneziya 85 milyon dollardan çox və Fransa 66,3 milyon dollardan çox qiymətə Azərbaycan neftini alıb.
Ümumilikdə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə (9,5 milyon ton) 2,6 faiz azdır. Neft ixracının ümumi dəyəri 5,715 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 12,7 faiz və ya 829,564 dollar azdır.//Trend
Şərhlər