Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru kimi ilk açıqlamasını edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə rəsmi instaqram hesabında açıqlama yayıb:
"Əziz dostlar, çoxlarınız bilirsiniz ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik mənə həvalə olunub. Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm.
Mən tam əminəm ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirəcəyik və bunun üçün bütün səylərimizi əsirgəməyəcəyik”.
Xalq artisti ona dəstək olan, inanan hər kəsə təşəkkürünü bildirib və bunları vurğulayıb: "Cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə, çox sanballı layihələrə dəstək olurlar. Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq”.
Şərhlər