Xəbər lenti

Dünya 17:41 26.10.2023

"Dezinformasiya demokratik institutların inkişafına təhdiddir" - UNESCO-nun rəhbəri

"İnternetdə bilərəkdən yalan məlumatların yayılması demokratik təsisatların inkişafına ciddi təhlükələr yaradır". 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu xəbərdarlığı UNESCO-nun baş direktoru Odri Azule Ümumdünya media savadlılığı həftəsi ilə bağlı çıxışında edib.

"Rəqəmsal inqilab demokratiya dəyərlərinin yayılmasına və mədəni ifadələrin müxtəlifliyini artırmağa kömək edib, lakin bu gün internetdə dezinformasiya və nifrət nitqinin yayılması, xüsusən də münaqişələr və beynəlxalq böhranlar kontekstində demokratik institutlarımız üçün ciddi təhlükələr yaradır”, deyə Azulenin X sosial şəbəkəsində dərc edilmiş bəyanatında deyilir. 

Onun sözlərinə görə, "şayiələrin yayılması və faktların təhrif edilməsi həqiqətlə yalan arasındakı sərhədi bulandırır, cəmiyyətlərimizin və demokratiyalarımızın təməllərini sarsıdır”.

Təşkilatın baş direktoru vurğulayıb ki, UNESCO mümkün qədər çox insana tənqidi təfəkkürün inkişafına kömək etmək üçün mandatına uyğun olaraq informasiya savadlılığının dəstəklənməsinə qətiyyətlə sadiqdir.

Ümumdünya media savadlılığı həftəsi ənənəvi olaraq oktyabrın son həftəsində UNESCO-da keçirilir. Təşkilat BMT sistemində informasiya məsələlərinə nəzarət edən əsas qurumdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->