Xəbər lenti

Deputatın qardaşı və millimizin sabiq futbolçusu məhkəməyə verildi (SƏBƏB)
İdman 16:47 14.12.2023

Deputatın qardaşı və millimizin sabiq futbolçusu məhkəməyə verildi (SƏBƏB)

Azərbaycan Beynəlxalq Bankı (ABB) deputat Tahir Mirkişilinin qardaşı Şahin Mirkişilini məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, bank paralel olaraq "Absheron City" Mənzil-Tikinti Kooperativi (MTK) və Xəlilzadə Təmkin Şaiq oğlu barəsində iddia qaldırıb. 

ABB-nin iddiasına Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Nigar Nəbizadənin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

ABB-nin Şahin Mirkişili ilə yanaşı "Absheron City" MTK-nı məhkəməyə verməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, sözügedən MTK-nın qanuni təmsilçisi Şahin Mirkişilidir. 

Təmkin Xəlilzadəyə gəlincə, o futbolçudur. Futbol üzrə Azərbaycan yığmasının üzvü olub. Təmkin Xəlilzadə ilə bağlı bioqraffik məlumatlarda qeyd edilir ki, o, hazırda ikinci liqada çıxış edən "Füzuli" futbol klubunu təmsil edir. Əvvəllər "Qarabağ", AZAL, "Zirə", "Qəbələ" və "Sabah" klublarında çıxış edib, A milli komandamızda 17 oyun keçirərək, 3 qol vurub.

Tahir Mirkişili V və VI çağırış Milli Məclisin deputatıdır. Bir müddət əvvəl mediada onun haqqında dərc edilən materiallarda "Absheron City" MTK-nın qardaşına məxsus olduğu qeyd edilib. Şahin Mirkişili həm də "Azərstone" MTK-nın qanuni təmsilçisi olub. 

Bu şirkət 11 iyul 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 104-də yerləşir. MTK-nın qanuni təmsilçisi Cavadov Anar İlham oğludur. 

"Azərstone" MMC kimi təsis edilib. 2023-cü ildə şirkətin təşkilati-hüquqi forması dəyişib. Şahin Mirkişili 2022-ci ildə bu MTK-nın qanunin təmsilçisi olub. Hazırda da şirkətin Mirkişili qardaşlarının nəzarətində olduğu bildirilir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->