Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin İtqisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərlə razılaşmayıb, həmkarına etirazını bildirib:
"Azərbaycanda dövlət maliyyə nəzarəti acınacalıq vəziyyətdədir" kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməməzlikdən gəlmək, ya da üzərindən xətt çəkməkdən ibarətdir".
Qüdrət Həsənquliyev Tahir Mirkişilinin etirazına cavab verib:
"Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 31 auditdən 27-ndə büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki, maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub. Ona görə də, etiraz edəndə də gərək ədalətli olmağa çalışasınız".
Qafqaz Rafiqoğlu
Şərhlər