Xəbər lenti

Dədə Süleymanın qızı ittihamlara cavab verdi:
Ölkə 14:26 04.11.2023

Dədə Süleymanın qızı ittihamlara cavab verdi: "Hamısını məhkəməyə verəcəm"

"Qardaşımın bütün ittihamlarına, suallarına məhkəmədə cavab verəcəyəm. Onu mənim üstümə qaldıranları da məhkəmələrdə süründürəcəyəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva qardaşının "Bacım evləri ələ keçirib" ittihamlarına cavab verərkən deyib. 

Aygün Abdullayeva qardaşının bütün ittihamlarına "Bizimləsən" verilişində aydınlıq gətirəcəyini qeyd edib:

"Cümşüd pis vərdişlərə qurşanıb, ruhi dispanserdə qeydiyyatdadır. Anlaqsızdır, nə danışdığını bilmir. Hər bir ailədə söz-söhbət olur. Cümşüd efirə çıxmaqla nə məni biabır edib, nə də atasını hörmətdən salıb, ancaq özünü rüsvay edib. Cümşüdün görkəmindən də məlumdur ki, adam xəstədir. Onun üz cizgilərinə baxanda səhhətinin normal olmadığını sezmək olar. Onu aldadıb, bizə böhtan atırlar".

Aygün Abdullayeva 3 qardaş və bir bacısının olduğunu vurğulayıb:

"Hələ gözləyirik, görək axırı nə olacaq. Dövlətimiz, həkimlərimiz var. Cümşüd mənim qardaşımdır, o efirə çıxır və mən bir bacı kimi pis oluram. Məsələnin mahiyyətini bilməyən insanlar var, onlarda çaşqınlıq yaranır. Bu məsələyə aydınlıq gətirəcəyəm".

Cümşüd Abdullayev Prezidentin Süleyman Abdullayevə verdiyi evi atasının ona bağışladığını açıqlayıb. Bu məsələyə aydınlıq gətirən Aygün Abdullayeva bildirib ki, hələ atasının sağlığında Cümşüd qayınını bıçaqlayaraq həbs olunmuşdu:

"Cümşüd həbsxanaya düşdü, həmin vaxt qızı tələbə idi, oğlu da əsgər getmişdi. Həyat yoldaşı da onkoloji xəstə idi. Biz də yardımlar elədik. Amma yardım bir yerə qədər olur, hamının problemi var. Atam heç kəsə ağız açan kişi olmayıb. Allah Prezidentin canını sağ eləsin, atama ev verdi. Amma atam Cümşüdün ailəsində olan çətinliyə görə həmin evi satdı. Biz atamın sözündən tit-tir əsən uşaqlar olmuşuq. Biz kimik ki, atamın qərarının qarşısında nəsə söz deyək. Qardaşım mənə böhtan atır. Prezidentin atama verdiyi evdən 1 qəpiyi mənim cibimə gəlibsə, balalarım qarışıq Allah mənə qənim olsun".

Aygün Abdullayeva həmin evin pulunun yarıdan çoxunun Cümşüdün yolunda xərcləndiyini deyir:

"O pulun yarısı Cümşüdə xərclənilib, yarısı isə Ceyhun adlı qardaşıma ev alınıb. Cümşüdün xəstəliyindən istifadə edən insanlar var. Həmin insanları məhkəməyə gətizdirəcəyəm. Cümşüd pis xəstəliyi özü qazanıb. Bu, bizim ailəyə yaraşmır. Biz bacı-qardaşıq. Onlar mənə neyləsələr də eşitsəm ki, başlarında bir çətinlik var, yenə qaça-qaça yardıma gedərəm. Cümşüd nə danışığını bilmir, atam ona Xəzər kinotetrının yanından ev verib. Onu bizm üstümüzə qaldıranların hər biri məhkəmədə cavab verəcək".

Qeyd edək ki, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd "Bizimləsən" verilişində hazırda küçələrdə yaşadığını açıqlayıb. O bildirib ki, bacısı Aygün Abdullayeva atasından qalan evləri mənimsəyib:

"Bacım mənimlə danışmır. Ailəmizin 3 evini bacım mənimsədi. Məni atamın evindən 40 mərasimindən dərhal sonra çıxartdılar. Şəhərin mərkəzindəki Prezidentin verdiyi evi isə atam sağlığımda dedi mənə vəsiyyət etmişdi. Yasamalda başqa bir evi isə mənim həyat yoldaşıma vermişdi. Mən də 200 minlik evi həyat yoldaşıma verdim. Sonra həbsxanaya düşdüm. Orada olanda mənə bacım zəng edib, ağladı ki, etibarnamə ver atadan evi alım. Bacımla atam 20 il küsülü olub. Bacım atama sözünü mənim vasitəmlə deyirdi. Qoşulub qaçdığı üçün atam onu danışdırmırdı". 

Cümşüd bildirib ki, bacısı onu psixiatriya xəstəxanasına yerləşdirib. 

Qeyd edək ki, Dədə Süleyman ötən il vəfat edib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->