Xəbər lenti

DÇ-2022: ABŞ İranı qrupda saxladı, İngiltərədən darmadağın
İdman 01:03 30.11.2022

DÇ-2022: ABŞ İranı qrupda saxladı, İngiltərədən darmadağın

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi isə Uelsə qarşılaşıb.

Amerikalılar İranı 1:0, ingilislər Uelsi 3:0 hesabı ilə yenib. Nəticədə İngiltərə 7 xalla qrupda 1-ci, ABŞ 6 xalla 2-ci yeri tutaraq, 1/8 finala çıxıb. İran 3 xalla 3-cü, Uels 1 xalla sonuncu olub.

İngiltərə 1/8 finalda Seneqal, ABŞ Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Niderland, Seneqal, Braziliya, Fransa və Portuqaliya 1/8 finala vəsiqə qazanıb.

DÇ-2022
Qrup mərhələs
B qrupu, III tur

29 noyabr
İran - ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38.
İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə.
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Al Tumama" stadionu.

Uels - İngiltərə 0:3
Qollar: Markus Reşford, 50; 68. Fil Foden, 52
Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
"Əhməd ibn Əli" stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->