Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı ABŞ lideri Co Baydenin müharibə ilə bağlı mesajını çatdıracaq.
Qaynarinfo bu barədə "Bloomberg"ə
istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Ağ Ev Ukraynadan Rusiyaya qarşı mübarizədə strategiyasını dəyişməsini istəyir: hücumdan müdafiəyə.
"Bloomberg" qeyd edir ki, Zelenski "bunun məntiqli olduğunu başa düşür, baxmayaraq ki, bunu açıq şəkildə söyləmək istəmir".
Həmçinin bildirilir ki, Ukrayna prezidenti Baydenə öz cavabını çatdırmalı və "ABŞ Konqresinə xatırlatmalıdır ki, Ukrayna yalnız ABŞ və müttəfiqlərinin lazımi imkanlara malik olmasını təmin edəcəyi təqdirdə adekvat müdafiə oynaya bilər”.
Xatırladaq ki, yanvarın 15-də Davosda Dünya İqtisadi Forumu işə başlayıb. 100-dən çox ölkədən siyasətçilər, iş adamları və ictimai xadimlər qlobal təhlükə və çağırışları müzakirə etmək üçün bir araya gələcəklər. Əsas mövzulara Yaxın Şərqdəki münaqişə, Ukraynadakı müharibə və süni intellektin texnoloji sıçrayışı daxildir.
Nizami Bağırov
Şərhlər