Xəbər lenti

Davosda ölüm nisbətində COVID-19-u keçə bilən
Sağlamlıq 14:40 14.01.2024

Davosda ölüm nisbətində COVID-19-u keçə bilən "X xəstəliyi" müzakirə ediləcək

"X xəstəliyi" 15-19 yanvar 2024-cü il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) müzakirə mövzularından biri olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Qarşıdan gələn müzakirənin ilkin baxışında deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) naməlum "X zəstəliyi"nin COVID-19 pandemiyasından 20 dəfə daha çox ölümə səbəb ola biləcəyini proqnozlaşdırması ilə səhiyyə sistemlərini bir çox çağırışlara hazırlamaq üçün səylərin müzakirə edilməsi lazımdır.

Müzakirə yanvarın 17-də baş tutacaq. Bu görüşün iştirakçıları ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus, Braziliya Səhiyyə Nazirliyinin rəhbəri və digər səhiyyə ekspertləri olacaq.

Yanvar ayında Qebreyesus bütün dünyada insanları yenidən maskalar taxmağa və koronavirusa qarşı peyvənd almağa çağırıb, çünki bir çox ölkədə həftələrlə yoluxma halları artıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->