"Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə ayı çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Gənclər arasında informasiya müharibəsi ilə bağlı maarifləndirmə layihəsi”nin icrasına başlanılıb.
Layihənin əsas məqsədi gənclərin informasiya müharibəsi ilə bağlı məlumatlandırılması və düzgün istiqamətləndirilməsi, sosial mediada Azərbaycanın maraqlarının təmin edilməsi, virtual məkanda Azərbaycan əleyhinə həyata keçirilən "qara piar” kampaniyalarına qarşı mübarizə aparılmasıdır.
Layihə çərçivəsində 20-25 nəfərlik iştirakçı qrupları ilə interaktiv görüşlər baş tutur. Bu görüşlər zamanı gənclərə informasiya müharibəsinin mahiyyəti, müxtəlif modelləri və əsas xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır.
Bugünədək layihə çərçivəsində 5 görüş keçirilib və bu görüşlərdən ümumilikdə 150-dən çox gənc yararlanıb.
Şərhlər