Xəbər lenti

Foto 17:08 30.03.2023

"Davam" “BİL - Bölgələrdəki İnkişaf Layihələri” həyata keçirir (FOTOLAR)

Cari ildən etibarən "Davam” Gənclər Hərəkatının nəzdində region gəncləri ilə davamlı, dayanıqlı və müntəzəm şəkildə çoxvektorlu işin qurulmasını həyata keçirən, onların şəxsi inkişafına töhfə verməyi, karyera quruculuğuna dəstək olmağı, dövlət gənclər siyasətinin genişmiqyaslı imkanları haqqında konsultasiyalar həyata keçirməyi və ictimai fəaliyyət sahəsində bələdçi rolunu oynamağı hədəfləyən yeni çətir struktur vahidi BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin davamlı fəaliyyətinin qurulması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam” Gənclər Hərəkatı və BİLİK Mərkəzinin təşkilatçılığı ilə "BİL - Bölgələrdəki İnkişaf Layihələri”nə start verilib.

Proqram çərçivəsində Gəncə, Ağstafa, Qazax, Şəmkir və Ucarda yeniyetmə və gənclər arasında təməl bacarıqların formalaşdırılması, layihələrin yazılması və təşkili, komanda quruculuğu, zamanın düzgün idarə edilməsi istiqamətində təlimlər həyata keçirilib. BİLİK Mərkəzinin rəhbəri Niyaz Əliyev tərəfindən baş tutan təlimlərin nəzəri hissəsinin ardından praktiki mərhələdə gənclər öz müxtəlif ideyalarını layihə formatında hazırlayıb auditoriya qarşısında təqdim ediblər.

Qeyd edək ki, proqram çərçivəsində mart ayı ərzində 6 təlim baş tutub və ümumilikdə 200-ə yaxın gənc bu təlimlərdən yararlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->