Alaçatı dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli və bənzərsizdir. Bu məkan haqqında söz düşərkən,ilk ağıla gələn sörf, külək, daş evlər, dəyirmanlar, dar küçələr və çeşid-çeşid dondurmalar olsa da, bu şirin yer haqqında bir çox təfərrüat var.
Alaçatının Osmanlı dövründə Alajaat tayfasının yaşadığı bir kənd olduğu məlumdur.
İzmirin mərkəzindən təxminən 70 km aralıda, Çeşmə rayonunda sahil qəsəbəsi olan Alaçatı qədim dövrlərdən bəri istifadə olunan yaşayış məntəqəsidir. Anadolunun qərbə doğru uzanan ən uzaq nöqtələrindən biridir. Bölgə üçün Aqrillia, Alaatsata, Alajaat və son olaraq Alaçatı adından istifadə olunub. İndiki adını Alajaat tayfasından götürüb. Alaçatının tarixi 1850-ci illərə qədər uzanır.
Alaçatı əntiq şəhəri cənubdan Alaçatı körfəzinin, şimaldan isə Ilıca kəndinin ortasında salınıb. Alaçatını görməyən bir çox insan şəhərin dəniz kənarında yerləşdiyini düşünür. Ancaq Alaçatı şəhərin mərkəzindədir və sahil xətti yoxdur.
Alaçatının tarixi yaşayış kompleksi iki mərtəbəli türk və yunan memarlıq üslublarından ibarətdir. Daş binalar, dar küçələr və yerli yel dəyirmanlarından ibarət unikal atmosferə malikdir.
Saqqız adasının sadəcə cənubunda bitən saqqız ağacları dünyada nadir bir bitkidir, vətəni Türkiyənin Alaçatı bölgəsidir. Bu ağacların 300-dən çoxu Çeşmə şəhərinin mühafizəsi altındadır.
Şərhlər